EN

SON DƏQİQƏ: Yuta ştatında Çarli Kirkin qətlində şübhəli saxlanıldı - Qubernator təsdiqlədi

Musavat.com xəbər verir ki, Yuta ştatının qubernatoru Spencer Cox bu gün keçirdiyi mətbuat konfransında prezident Trampın tərəfdarı, tanınmış sağçı fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

Qubernator bildirib ki, şübhəli hazırda dindirilmə mərhələsindədir:

“Cinayətkar qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Unutmayın ki, Yuta ştatında hələ də ölüm hökmü mövcuddur”, – deyə Cox vurğulayıb.

NBC News-un FTB-dəki mənbəsi isə təsdiqləyib ki, Yuta rəhbərliyinin saxlanıldığını elan etdiyi şəxs, bundan əvvəl FTB direktoru Kəş Patelin bəhs etdiyi eyni fiqurdur. Mənbənin sözlərinə görə, federal istintaq orqanları həmin şəxsin məhz silahlı hücumu törədən şəxs olduğuna əmindirlər.

Beləliklə, Çarli Kirk sui-qəsdi ilə bağlı ABŞ-da böyük rezonans doğuran cinayət işində ilk real irəliləyiş qeydə alınıb.

 

Musavat.com

c767f47d-49f2-473c-8cad-e27996950b73.jpeg

 

Chosen
19
musavat.com

1Sources