EN

Siyasi fəalın güllələnməsi ilə bağlı ABŞ da bayraqlar yarıya qədər endirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vaşinqton, 11 sentyabr, AZƏRTAC

ABŞ-da mühafizəkar siyasi fəal Çarli Kirkin güllələnməsi ilə əlaqədar Prezident Donald Tramp ölkədə bayraqların yarıya qədər endirilməsini əmr edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində elan edib. Bayraqlar sentyabrın 13-ü yerli vaxtla saat 18:00-a kimi endirilmiş vəziyyətdə qalacaq.

Qeyd edək ki, Donald Trampın tərəfdarı olan 31 yaşlı siyasi fəal Utah Valley Universitetində çıxışı zamanı güllələnib. Hadisədə şübhəli bilinən şəxs bir neçə saat sonra saxlanılıb. Yuta ştatı qubernatoru Spenser Koks hadisənin siyasi sui-qəsd adlandırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
3
azertag.az

4Sources