EN

KİV: Tramp Dohaya zərbə endirməyi müdrik qərar hesab etmir

BAKI, 11 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı Dohaya zərbə ilə bağlı narazılığını ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, prezident baş nazirə Qətər paytaxtına zərbə endirilməsini müdrik qərar hesab etmədiyini bildirib.

Tramp həmçinin bu hücum barədə xəbəri İsraildən deyil, ABŞ ordusundan almasından narazı olduğunu söyləyib. O, Netanyahunun diqqətinə çatdırıb ki, İsrail Qəzza zolağında hərbi əməliyyatın başa çatması ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış edən bir ölkəyə, ABŞ-nin müttəfiqinə hücum edib.

Baş nazir cavabında bildirib ki, onun zərbə endirmək üçün kiçik bir imkan pəncərəsi var idi və o, bundan istifadə etməyi lazım bilib.

Nəşr yazır ki, iki lider arasında növbəti telefon danışığı daha mehriban mühitdə keçib. Tramp Netanyahudan hücumun uğurlu olub-olmadığı barədə soruşub, baş nazir isə hələ bilmədiyini söyləyib.

Chosen
35
teleqraf.com

1Sources