EN

Tramp ABŞ də bayraqların yarıya endirilməsini əmr edib

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən amerikalı siyasi fəal Çarli Kirkin xatirəsinə hörmət əlaməti olaraq ölkədə bayraqların yarıya endirilməsini əmr edib.

"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Həqiqətən, böyük Amerika vətənpərvəri olan Çarli Kirkin şərəfinə bazar günü axşam saat 18:00-a qədər Birləşmiş Ştatlardakı bütün Amerika bayraqlarının yarıya endirilməsini əmr edirəm", - Tramp paylaşımda bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
6
sherg.az

10Sources