EN

Leyenden proqnoz: Avropa bu halda birləşəcək

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna və Moldovanın, eləcə də bir sıra Qərbi Balkan ölkələrinin Avropa İttifaqına qoşulması Avropanın yeni birləşməsi kimi qiymətləndirilə bilər. 

News24.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinə illik müraciətində çıxış edərkən bildirib. Onun sözlərinə görə, yalnız yenidən birləşmiş Avropa həqiqətən güclü və dayanıqlı ola bilər.

 Leyen bu prosesi Almaniyanın 1990-cı ildə ADR-in AFR-ə birləşməsi ilə müqayisə edib. O, Avropa İttifaqının genişlənməsini tarixi zərurət kimi təqdim edərək bildirib ki, bu addım Avropanın həm siyasi, həm də iqtisadi gücünü artıracaq.

Aqil

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
1
news24.az

2Sources