EN

Bakıda uşaq bağçasında nə baş verib? Anadan dayəyə sərt ittiham

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Nəsimi rayonunda yerləşən uşaq bağçasında dayə uşaqlardan birinə qarşı pis rəftar edib.

Bu barədə uşağın valideyni Aysel Gheibi Mokarrami BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.

Onun sözlərinə görə, Hüseyinbala Əliyev 21A ünvanında yerləşən "Barama" adlı uşaq bağçasında övladı Alihan Gheibi Mokarrami Fatimə adlı dayə tərəfindən şiddətə məruz qalıb.

"Dayə uşağın boğazından tutub və qaldırıb. Uşağın boğazında və qollarında çızıq izləri var. Bu barədə hüquq-mühafizə orqanlarına bildirmişik. Ekspert rəyini isə bu gün hazır ediblər. İstəyirəm ki, övladıma bunu edən cəzalandırılsın", - deyə Aysel Gheibi Mokarrami bildirib.

Hadisənin görüntülərini təqdim edirik:

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
2
baku.ws

1Sources