EN

“Mançester Siti”də zədəlilərin sayı 10-a çatdı

İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə qarşılaşacaq “Mançester Siti”də zədə problemi yaşanır. İngiltərə nəhəngində zədəli 10 futbolçu var. O

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər”in zədəlilərin sırasına qoşulan son futbolçu Omar Marmuş  olub. 

Marmuşla birlikdə “Mançester Siti”də zədəli futbolçuların sayı 10-a yüksəlib.

İngiltərə nəhəngində Rayan Şerki, Mateo Kovaçiç, Yoşko Qvardiol, Savio, Markus Bettinelli, Abdükodir Xusanov, Fil Foden, Con Stouns, Kelvin Filips də zədəlidir.

Komandanın baş məşqçisi Xosep Qvardiolanın mətbuat konfransı yaxın günlərdə gözlənilir.

Qeyd edək ki, hazırda onun bərpa müddəti məlum deyil, lakin uzun müddət meydanlardan uzaq qalacağı ehtimal olunur.

Chosen
71
90deqiqe.az

1Sources