EN

Rusiya bir neçə aydır ki, Polşa və Litvaya zərbələr endirməyə hazırlaşır...

...Rusiya qoşunları bir neçə aydır ki, Polşa və Litvaya zərbələr endirməyə hazırlaşır, ən azı iyun ayından Polşa operatorlarının SİM kartları ilə 4G modemlərindən istifadə edirlər.

SİA xəbər verir ki,bu barədə “Defence Express” məlumat yayıb.

Nəşrin məlumatına görə, hələ iyulun əvvəlində Polşada Ukraynada vurulan Rusiya pilotsuz təyyarələrinin qalıqları arasında Polşa operatorlarının SİM kartları ilə 4G modemlərinin tapıldığı barədə məlumat dərc olunub. Dronlardan birində Polşa SİM kartları ilə yanaşı, Litva operatorunun SİM kartı da tapılıb.

Qeyd olunur ki, bu, birbaşa Rusiya Federasiyasının bu ölkələrin ərazisi üzərində pilotsuz təyyarələr uçurmağa və mobil şəbəkələrlə əlaqəni sınaqdan keçirməyə hazırlaşdığını göstərir.

Məlumdur ki, “tapıntılar” barədə Polşa və Litvadakı tərəfdaşlara məlumat verilib. Eyni zamanda bu məlumat Polşada demək olar ki, rezonans doğurmadı, baxmayaraq ki, Rusiya pilotsuz təyyarələri yayda onun hava məkanına davamlı olaraq uçmağa başladı.

Xatırladaq ki, çərşənbə axşamı, sentyabrın 10-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatları Polşanın hava məkanını pozub.

Əli Babayev

Chosen
17
1
sia.az

2Sources