“Neftçi” futbolçusu Ramil Şeydayevlə arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
"Football-plus.az" xəbər verir ki, klub hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.