EN

Tramp bu gün Polşa Prezidenti ilə DANŞIQLAR APARACAQ

Ajans.az xəbər verir ki, bu barədə "Sky News" Ağ Evin nümayəndəsinə istinadən bildirib. Qeyd olunub ki, Tramp Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını keçməsindən sonra ölkədə hadisələrin inkişafını izləyir. 2025-ci il sentyabrın 10-da gecə saatlarında Rusiyanın Ukraynanın qərb bölgələrinə genişmiqyaslı hücumu zamanı onlarla PUA Polşanın hava məkanını pozub. Polşa hərbçiləri təhlükə yaradan aparatların vurulduğunu və sərhədyanı bölgələrdə onların qalıqlarının aşkar edildiyini, eyni zamanda insan itkisinin qarşısının alındığını bildiriblər. Baş nazir Donald Tusk təcili iclas keçirərək baş verənlər barədə müttəfiqləri məlumatlandırıb. Hadisə fonunda Londonda işgüzar səfərdə olan Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.

Rusiya Müdafiə Nazirliyi isə insidentlə əlaqəsinin olmadığını bildirib.

Chosen
41
30
Ajans.az

10Sources