EN

Bu yol ya “Formula 1” üçün çəkilib, ya da velosiped zolağı olacaq VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın yol infrastrukturunda yaradılan vəziyyətlə əlaqədar vətəndaş tərəfindən paylaşılan görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. Kuryoz hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yola çəkilən asfaltın görünüşü ilə bağlı sosial şəbəkədə video yayılıb. Videonu çəkən vətəndaş bildirir ki, asfalt Bakı-Şamaxı-Yevlax magistralının Müşfiqabad qəsəbəsindən keçən hissəsinə paralel qəsəbəiçi yola çəkilib. Asfaltın vəziyyəti ilə bağlı iradını bildirən sakin qeyd edib ki, “yəqin ki, yolu Formula-1 üçün çəkiblər, ya da velosiped zolağı olacaq”.

Qəsəbə sakini qeyd edib ki, ərazi Müşfiqabadda yerləşən “Rahat” marketin arxasındakı məhəllədir. O aidiyyəti qurumlardan belə vəziyyətin ümumiyyətlə yaradılmamasını, problemin yaxın müddətdə aradan qaldırılmasını tələb edib.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
avtosfer.az

1Sources