Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından tətbiq vasitəsilə taksi sifariş etmək olmur.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bolt” və “Yango” tətbiqinə daxil olan sərnişinlərə əvvəlki kimi seçim imkanı tanınmır.
Aeroport ərazisində “Bolt” və “Yango” xidmətləri deaktiv olunduğundan sərnişinlərə yalnız “London taksi”ləri və “Bolt Aeroport” seçimi tanınılır.
Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat təşkil edir.
Qeyd edək ki, daha öncə məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, əsas məqsədlərdən biri sərnişinlərə yüksəksəviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir.
Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir.
Onu da əlavə edək ki, aeroporta taksi ilə səfər etmək əvvəlki qaydada davam edəcək.