EN

Vüsal Kərimliyə yeni vəzifə verilib

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) sabiq sədri Vüsal Kərimli Bakıda keçiriləcək beynəlxalq tədbirdə nəqliyyat və əməliyyat məsələləri üzrə rəhbər təyin edilib. 


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Vüsal Kərimli 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF-13) təşkilat komitəsinin əməliyyat məsələləri üzrə direktorun müavini vəzifəsinə gətirlib.

Onun əsas vəzifə səlahiyyətlərinə sözügedən tədbirin təşkili üçün nəqliyyat infrastrukturu məsələlərinin təşkili, qonaqların yerləşdirilməsi və digər məsələlər daxildir. 


İddia edilir ki, Vüsal Kərimli yeni vəzifəsinə başladıqdan dərhal sonra BNA-da mühüm postlarda çalışmış köhnə komandasını da ətrafına toplayıb.

Məsələ ilə bağlı Vüsal Kərimli ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə və "WhatsApp" sorğumuza cavab vermədi.
Chosen
20
14
yenilik.az

10Sources