“Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyası çərçivəsində 1-8 sentyabr tarixlərində Xəzər dənizinin Siyəzən, Neftçala, Lənkəran və Astara sahillərində iməciliklər təşkil olunub.
Ekologiya.az bildirir ki, aksiyalar çərçivəsində gənclərin, könüllülərin iştirakı ilə ümumilikdə 1150 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Təmizlik aksiyasının keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.