EN

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi postuna əsas namizəddir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Didye Deşamın Fransa millisinin baş məşqçisi postundan ayrılacağından sonra onu əvəzləyəcək əsas namizəd açıqlanıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Zinəddin Zidanın gələcəyi gözlənilir. Fransa Futbol Federasiyası 53 yaşlı mütəxəssisi yığmanın gələcək çalışdırıcısı kimi nəzərdən keçirir.

D.Deşamın milli komanda ilə müqaviləsinin müddəti 2026-cı il iyulun 31-də başa çatır. Zidan isə son olaraq İspaniyanın “Real Madrid” komandasında işləyib.

Qeyd edək ki, Fransa yığması DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan millisinin rəqibidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
3
azertag.az

4Sources