EN

Avropa Parlamentində yenidən Lyayenin istefası tələb ediləcək

Avropa Parlamentində ifrat sağçılar və solçular  Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq votumu məsələsi ilə bağlı rəhbərliyə ayrı-ayrılıqda müraciət hazırlayırlar.

"Report"un Avropa bürosunun "Politico"ya istinadən verdiyi məlumata görə, sənədlərin bu gün gecə yarısına qədər təqdim edilməsi planlaşdırılır.

Bununla bağlı qərar Ursula fon der Lyayenin sentyabrın 10-da Avropa İttifaqının gələcəyi haqqında proqram nitqi ilə çıxışından sonra verilib.

Deputatlar həmçinin debatlar zamanı AK sədrinin tənqidlərə və istefa tələblərinə verdiyi cavablardan narazı qalıblar.
Chosen
34
2
sherg.az

3Sources