
ABŞ prezidenti Donald Tramp sosial şəbəkə Truth Social-da yazıb ki, 2023-cü ilin martında Bağdadda oğurlanan İsrail və Rusiya vətəndaşı Yelizaveta Curkova azad edilib. Onun sözlərinə görə, qadın uzunmüddətli işgəncələrdən sonra xilas olunub və hazırda ABŞ-ın İraqdakı səfirliyindədir.“Məmnuniyyətlə bildirirəm ki, Prinston universitetinin tələbəsi, bacısı ABŞ vətəndaşı olan Yelizaveta Curkova ‘Kataib Hizbullah’ qruplaşması tərəfindən əsirlikdən azad edilib və indi təhlükəsizlikdədir”, – deyə Tramp qeyd edib.Qeyd olunur ki, “Kataib Hizbullah” İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi bölməsinin dəstəyi ilə yaradılıb.Ulusum.az
Diqqət Çəkənlər
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Qışa tərəvəzli ragu hazırlayırıq