Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir.
Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli komitənin sentyabrın 10-da keçirilən iclsında çıxış edib.
O qeyd edib ki, bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur:
"Bu çox uzun müddətdir. Hesab edirəm ki, sosial sığorta məbləğinin heç olmasa 30 faizi əvvəlcədən ödənilərsə, daha məqbul olar".
Komitə sədri Musa Quliyev isə deputata cavabında bildirib ki, mövcud qanunvericiliyə görə, sosial sığorta icbari məsuliyyət daşıyır:
"Pensiya növləri haqqında danışsaq, məsələn, ailə başçısını itirməyə görə pensiyanın təyin olunması öz həllini tapıb. Təklif etdiyiniz məsələ əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün yaxşı təklifdir. "Özəl pensiya fondları haqqında" qanun layihəsi Milli Məclisə daxil olduqda, həmin məsələyə də baxa bilərik".
Report