Polşa Silahlı Qüvvələri öz hissələrini Belarusla sərhədə köçürür.
AFN.az xəbər verir ki, müvafiq kadrları Belarus dövlət telekanalı yayıb.
Bildirilir ki, Polşa dəmir yolu da daxil olmaqla sərhəd keçidlərinin bağlanacağı elan edildikdən sonra Belarusla sərhədə qoşun yeridir. Görüntülərdə ictimai yolda hərəkət edən avtomobillər sütunu görünür.
Məsələ ilə bağlı nə Belarus, nə də Polşa tərəfdən heç bir rəsmi açıqlama verilməyib.
Hazırda Polşa və NATO təxminən 34 min əsgər və 600 texnikanın cəlb olunduğu “Dəmir Müdafiəçi” diviziya təlimləri keçirir.