Azərbaycanda muzdlu işçilərin sayı 1 770 000 nəfərdir. Düşünürəm bu rəqəm aşağıdır.
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, hökumətin aidiyyəti qurumları bu istiqamətdə işi artırmalıdır: “Bu rəqəm bizi narahat etməlidir. Çünki muzdlu işçilər məşğul əhalinin 35 faizini təşkil edir. Bu rəqəm aşağıdır. Nə qədər ki, bu rəqəm aşağıdır, bizim həmişə pensiya təminatında, vergilərdə, sosial sığortanın yığılmasında problemlərimiz olacaq. Ölkəmizdə bu ilin birinci yarısında iqtisadi fəal əhalinin sayı 5 355 400 nəfər təşkil edib. Məşğul əhalinin sayı 5 074 200 nəfər, muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub”. (Apa)