EN

Misirli futbolçu Mançester derbisində iştirak etməyəcək

BAKI, 10 sentyabr. TELEQRAF

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Ömər Marmuş sıradan çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçu Misir millisinin heyətində Burkina Faso yığması ilə 0:0 hesablı heç-heçə etdikləri oyunda dizindən zədələnib.

Marmuşun İngiltərə Premyer Liqasının IV turunda evdə "Mançester Yunayted"lə keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqdir.

Qeyd edək ki, Ömər Marmuş cari mövsüm ərzində meydana çıxdığı 3 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

Chosen
45
teleqraf.com

1Sources