EN

Messi bunu karyerasında ilk dəfə bacardı

Hücumçu Lionel Messi karyerasında ilk dəfə dünya çempionatının seçmə mərhələsinin bombardiri olub.

Publika.az xəbər verir ki, bu gecə Argentina Ekvadora 0:1 hesabı ilə uduzsa da, 2026-cı mundialının Cənubi Amerika seçmələrini qalib kimi başa vurub.

Messi 12 oyunda vurduğu 8 qolla turnirin ən məhsuldar futbolçusuna çevrilib. O, "Bayern"in kolumbiyalı vingeri Luis Diası və Boliviya millisinin üzvü Miqelitonu geridə qoyub.

Chosen
20
1
publika.az

6Sources