Yaponiya hökuməti Rusiyada fəaliyyət göstərən bütün texniki yardım mərkəzlərini bağlamaq qərarına gəlib.
AzPost xəbər verir ki, bu barədə Tokio hökumətinin baş katibi Yoşimasa Hayaşi açıqlama verib.
Hayaşi bildirib ki, qərar Rusiya daxilində baş verən dəyişikliklər və Moskva ilə Tokio arasındakı münasibətlərin gərginləşməsi fonunda qəbul olunub. Onun sözlərinə görə, Rusiya hökumətinin cari ilin yanvarında ikitərəfli memorandumların tətbiqini dayandırması da mühüm amil olub.
Qeyd edək ki, Yaponiya mərkəzləri ilk dəfə 1994-cü ildə təsis edilib və məqsəd Rusiyadakı sosial-iqtisadi islahatlara texniki dəstək göstərmək olub. Bu illər ərzində mərkəzlər dil kursları, biznes əlaqələrinin qurulması və təlim proqramları vasitəsilə ikitərəfli münasibətlərin dərinləşməsinə xidmət edib.
Rusiya hökuməti artıq 2000-ci ildə Tokioda və 2003-cü ildə Vladivostokda imzalanan memorandumların qüvvədən düşməsi barədə rəsmi sənəd yayıb. Bununla bağlı Moskvaya bağlanma barədə rəsmi bildiriş göndərilib.
Hayaşi əlavə edib ki, ötən ay Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Vladivostokdakı Yaponiya mərkəzində yoxlamalar aparıb və işçilərlə sorğular keçirib. Tokio isə Moskvanı əməkdaşların təhlükəsizliyini təmin etməyə çağırır.