EN

İranın Azərbaycandan məhsul idxalı azalıb

Bakı. Trend:

Cari İran ilinin 5 ayı (21 mart -22 avqust 2025) ərzində İranınAzərbaycandan məhsul idxalı ötən İran ilinin analoji dövrü ilə (20mart -21 avqust 2024) müqayisədə dəyər baxımından 47,4%, çəkibaxımından 56,8% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasınaistinadən məlumat verib.

Statistikaya əsasən, 5 ayda İranın Azərbaycandan məhsul idxalıtəxminən 4,8 milyon dollar dəyərində 2,4 min ton təşkil edib.

Statistikada deyilir ki, ötən ilin analoji dövründə İranAzərbaycandan 9,12 milyon dollar dəyərində 5,45 min ton məhsulidxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlifavadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairəməhsullar idxal edib.

Statistikaya görə, 5 ayda İranın Azərbaycanla ticarət dövriyəsi228 milyon dollar dəyərində 348 min ton təşkil edib. Ticarətdövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından25,7%, çəki baxımından 7,5% azalıb.

Əlavə edək ki, İranın Gömrük Administrasiyasının hesabatınaəsasən, cari İran ilinin 5 ayı ərzində İran 23 milyard dollardəyərində 15,2 milyon ton qeyri-neft məhsulları idxal edib. 5 aydaİranın qeyri-neft məhsul idxalı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 16,3%, çəki baxımından 5,4% azalıb.

Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyacduyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsalolunan məhsulların bənzərinin ölkəyə idxal olunmasına müəyyənməhdudiyyətlər tətbiq edir.

Məqalədə:
Chosen
49
az.trend.az

1Sources