EN

Kreml Polşaya düşən dronlarla bağlı sualları cavabsız qoydu

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa ərazisinə daxil olan dronlarla bağlı mövqeyini açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Kremlin bu məsələ ilə bağlı şərh verməsi nəzərdə tutulmur:

“Bütün suallar Müdafiə Nazirliyinə ünvanlanmalıdır. Polşa rəhbərliyi tərəfindən bizə hər hansı təmas qurmaq üçün müraciət olunmayıb. Bu mövzuda mümkün müraciətlər barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə Peskov bildirib.

Bununla da Kreml, NATO ilə münasibətlərin daha da gərginləşməsinə səbəb olan insidentlə bağlı birbaşa mövqe bildirməkdən yayınmış oldu.

Musavat.com

Chosen
11
musavat.com

1Sources