EN

Deputat: Muzdlu işçilərin sayı az olduqca, bizim həmişə pensiya təminatında problemlərimiz olacaq

Azərbaycanda muzdlu işçilərin sayı 1770000 nəfərdir. Düşünürəm bu rəqəm aşağıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, hökumətin aidiyyəti qurumları bu istiqamətdə işi artırmalıdır: "Bu rəqəm bizi narahat etməlidir. Çünki muzdlu işçilər məşğul əhalinin 35 faizini təşkil edir. Bu rəqəm aşağıdır. Nə qədər ki, bu rəqəm aşağıdır, bizim həmişə pensiya təminatında, vergilərdə, sosial sığortanın yığılmasında problemlərimiz olacaq. Ölkəmizdə bu ilin birinci yarısında iqtisadi fəal əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib. Məşğul əhalinin sayı 5 milyon 74 min 200 nəfər, muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub”.

Chosen
34
7
apa.az

8Sources