EN

“İran Azərbaycanla dəhlizlər məsələsində faydalı əlaqələr qurmalıdır”

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İran və Azərbaycan arasında dəmir yolu əlaqələrinin inkişafı və tranzit dəhlizlərində əməkdaşlıq bölgənin geoiqtisadi mənzərəsini dəyişməkdədir”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranda yayınlanan “Eghtesad-e-Moaser” saytında dərc olunmuş məqalədəndir.

Sayt yazır ki, Azərbaycanın dəmir yolu şəbəkəsinin İrana birləşdirilməsi, Bakı və İslamabadın son aylarda təşəbbüs göstərdiyi Azərbaycan–İran–Pakistan dəmir yolu marşrutunun formalaşmasına təkan verə bilər. “Türkiyə və Azərbaycanın, Əfqanıstan və Pakistana dəmir yolu ilə birləşmək istəyi bu çərçivədə nəzərəçarpacaq önəm daşıyır. Bu layihə Bakı üçün yalnız tranzit imkanlarının genişlənməsi deyil, eyni zamanda Cənubi Asiya bazarlarına çıxış üçün strateji fürsət kimi qiymətləndirilir”.

İran nəşri qeyd edir ki, Azərbaycanın son illərdə tranzit dəhlizlərində rolunu artırmaqla geoiqtisadi üstünlüklərini geosiyasi təsir alətinə çevirməyə çalışdığı müşahidə olunur. “Bu kontekstdə Bakı, Əfqanıstan və Pakistanla ticarət əlaqələrini genişləndirməyə səy göstərir. Azərbaycanın bu strategiyası “Lapis Lazuli” dəhlizi çərçivəsində daha da aydın görünür. Türkiyə və Azərbaycanın birgə təşəbbüsü olan bu marşrut Əfqanıstan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya qədər uzanır”.

“Eghtesad-e-Moaser” sonda vurğulayıb ki, İran və Azərbaycan arasında Zəngəzur dəhlizinə dair fikir ayrılıqları olsa da, bəzi dəhlizlər üzrə əməkdaşlıq hər iki tərəf üçün strateji və iqtisadi baxımdan faydalı ola bilər. “Bu cür əməkdaşlıq ticarət dövriyyəsini artıracaq”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
tribunainfo.az

2Sources