EN

Yanvar-avqust aylarında Azərbaycanın əsas kapitalına yönəldilən investisiyaların həcmi açıqlanıb

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11374,5milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 0,2 faiz az investisiya yönəldilib.

Trend bu barədəAzərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faizazalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi isə 8 faiz artıb.

İstifadə olunmuş investisiyanın 5800,2 milyon manatı və ya 51,0faizi məhsul istehsalı sahələrinə, 3819,9 milyon manatı (33,6faizi) xidmət sahələrinə, 1754,4 milyon manatı (15,4 faizi) isəyaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyonmanatını və ya 77 faizini daxili investisiyalar təşkil edib. Əsaskapitala yönəldilmiş investisiyaların 8985,9 milyon manatı və ya 79faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinəsərf olunub.

Məqalədə:
Chosen
50
8
az.trend.az

10Sources