Çin İsrailin Dohaya endirdiyi zərbələri Qətərin suverenliyinin və milli təhlükəsizliyinin pozulması kimi qiymətləndirərək qətiyyətlə pisləyir.
AFN.az xəbər verir ki, bunu keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.
"Çin Qətərin paytaxtı Dohaya dünənki zərbələri qətiyyətlə pisləyir, həmçinin İsrailin Qətərin ərazi suverenliyini və milli təhlükəsizliyini pozmasına qarşı çıxır", - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.
O, həmçinin vurğulayıb ki, Təl-Əvivin hərəkətləri regional gərginliyin daha da artmasına səbəb ola bilər.