EN

Gülayə Səfərova: “Paralimpiya idmanına dövlət qayğısı davam edir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Paralimpiya İdman Kompleksinə infotur təşkil olunub.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az-a açıqlamasında bildirib ki, infotur çərçivəsində iştirakçılar kompleksin əl oyunları, atıcılıq tirləri, kamandan oxatma, cüdo, karate zalları, həmçinin qapalı üzgüçülük hovuzu ilə tanış olublar. Onlar burada əlilliyi olan idmançıların peşəkar təlimçilər tərəfindən müxtəlif idman növləri üzrə məşqlərə cəlb edilməsini, yarışlara hazırlıq prosesini izləyiblər:

Gülayə Səfərova vurğulayıb ki, kompleksdə əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün bütün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb:

"Bildiyiniz kimi ölkəmizdə paralimpiya idman növlərinin inkişafını, onlara qayğı göstərilməsinin əsası Ulu öndər Hedər Əliyev qoyub və bu gün də dövlət səviyyəsində qayğının göstərilməsi cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Əlilliyi olan şəxslər üçün yaradılan bu gözəl şəraitə görə bir daha dövlətimizə, dövlət başçımıza və bu infoturu təşkil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə təşəkkür edirik".

 

 

Pəvanə Fərhadqızı

Chosen
105
qht.az

1Sources