EN

Milli Məclisdə dinləmə keçiriləcək

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Milli Məclisdə “Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu məsələ parlamentin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

İctimai dinləmə payız sessiyası müddətində Sosial qanunvericilik şöbəsi ilə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin cavabdehliyində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
2
modern.az

10Sources