EN

Uşaqlarda diş qıcırtısı valideynləri narahat etməsin – Səhiyyə Nazirliyi

Bakı. Trend:

Uşağın yuxuda və ya gündüz vaxtı dişlərini sıxması və qıcırtıilə sürtməsi bruksizm adlanır. Bu hal əsasən gecələr müşahidəolunur.

Trendxəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Azərbaycan Tibb UniversitetiTədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənovabildirib.

Onun sözlərinə görə, bruksizm daha çox süd dişləri dövründə (3–6yaş arası) meydana çıxır:

“Dişlər arasında düzgün təmas formalaşmadığı üçün ağız-çənəsistemi öz-özünü uyğunlaşdırmağa çalışır. Bu proses zamanı dişsıxma və qıcırtı ola bilər. Süd dişləri dövründə bruksizm tamamilətəbii və keçici haldır. Daim dəyişən diş vəziyyətinə görə bu hallartəkrarlana bilər, amma müalicəyə ehtiyac yoxdur. Süd dişləridövründə diş qıcırtısı zamanla keçib gedir”.

G.Həsənova əlavə edib ki, gecə taxmaq üçün nəzərdə tutulanxüsusi aparatlar bu dövrdə lazım deyil:

“Belə vasitələr yalnız valideynləri sakitləşdirmək üçündür,uşağa fayda vermir. Valideynlər uşağı müşahidə etməli, amma narahatolmamalıdır. Əgər bu vəziyyət daimi dişlər çıxdıqdan sonra da davamedirsə, stomatoloqa müraciət etmək məsləhətdir. Həmçinin, uşaqdastres, yuxu pozuntusu və ya gündəlik gərginlik hiss olunursa, uşaqpsixoloqu ilə məsləhətləşmək faydalı ola bilər”.

Chosen
53
7
az.trend.az

8Sources