EN

Polşaya hücumun DETALLARI - Rusiya tək dronlar yox, raketlər də...

Rusiya ordusunun gecə saatlarında Polşanın hava məkanını pozmasından sonra 7 pilotsuz təyyarə və mənşəyi məlum olmayan raket qalıqları aşkar edilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian”a istinadən məlumat yayıb.

Polşanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaleçkanın bildirdiyinə görə, indiyədək yeddi pilotsuz uçan aparat və “mənşəyi məlum olmayan raketin qalıqları” müəyyən edilib.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Rusiya pilotsuz təyyarələri Polşanın hava məkanını pozub. Təhlükənin qarşısını almaq üçün aviasiya cəlb edilib.

Kütləvi hücum və potensial təhlükə səbəbindən Varşava, Lyublin və Rzeşov hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumata görə, Rusiya 19 dronla Polşanın hava məkanına daxil olub və onlardan yalnız 4-ü Polşanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Həmçinin, Rusiya hücumu nəticəsində ölkədə ilk dəfə yaşayış binası zədələnib.

Polşanın baş naziri Donald Tusk bildirib ki, hadisədən sonra Varşava rəsmi olaraq NATO-dan Müqavilənin 4-cü maddəsi çərçivəsində dəstək xahiş edib.

Analitiklər, Moskvanın bu cür zərbələri əvvəlcədən planlaşdırdığını ehtimal edirlər.

Musavat.com

Chosen
66
musavat.com

1Sources