EN

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı müvəffəqiyyətlə başa çatdı

31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azercell-in telekommunikasiya tərəfdaşlığı ilə 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçirilib.

Bakı şəhərində təşkil olunan Dünya Finalı 70 ölkəni təmsil edən 140 universitet komandasını bir araya gətirib. Final mərhələsində iştirakçılar mürəkkəb tapşırıqları həll edərək proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini nümayiş etdiriblər.

Azercell tədbirdən öncə və final mərhələsində ICPC Fondunun təşkilati komandasını fasiləsiz və etibarlı rabitə ilə təmin edərək dayanıqlı və səmərəli telekommunikasiya infrastrukturunun qurulmasına dəstək göstərib. Tədbir çərçivəsində Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə iştirakçılar və qonaqlar beynəlxalq texnologiya şirkətləri ilə yanaşı, Azercell-in də innovativ həlləri ilə tanış olublar.

Müsabiqə “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə reallaşıb.

Chosen
2
15
publika.az

10Sources