EN

Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin FIFA dərəcəli sabiq hakimi Cüneyt Çakır "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi oyuna təyinat alıb.
Oxu.Az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi Ağdam klubunun Portuqaliyada "Benfika"ya qarşı oynayacağı matçın hakim-inspektoru olacaq.
Xatırladaq ki, o, ötən mövsüm Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" komandasına qarşı keçirdiyi matçda da eyni funksiyasını yerinə yetirmişdi.
Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək "Benfika" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Chosen
10
oxu.az

1Sources