EN

Belarus dron hücumu ilə bağlı Polşa və Litvanı xəbərdar edib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Belarusun Hava Hücumundan Müdafiə Qüvvələri Polşa və Litvadakı həmkarlarını uçan naməlum obyektlərin onların ərazilərinə yaxınlaşması barədə xəbərdar edib".

Oxu.Az-ın xəbərinə görə, bunu Belarus ordusunun Baş Qərargah rəisi Pavel Muraveyko deyib.

"Mövcud qarşılıqlı əlaqə kanalları vasitəsilə sentyabrın 10-da saat 23:00-dan - (Bakı vaxtı ilə 00:00 - red.) 04:00-a qədər (Bakı vaxtı ilə 05:00 - red.) bizim növbətçi hissələrimiz Polşa və Litvadan olan həmkarları ilə hava və radar vəziyyəti barədə məlumat mübadiləsi aparıb", - Pavel Muraveyko vurğulayıb.

Onun sözlərinə görə, respublikanın hava hücumundan müdafiə sistemləri gecə saatlarında elektron müşahidə nəticəsində hava məkanına daxil olan PUA-ları izləyib və onların bəziləri ölkə hərbçiləri tərəfindən vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
oxu.az

2Sources