EN

NYT: “Trampın strategiyası Netanyahunun əl-qolunu açır”

AzVision.az xəbər verir ki, İsrailin Qətərin paytaxtı Doha şəhərinə endirdiyi zərbələri şərh edən “The New York Times (NYT)” nəşri belə iddia irəli sürüb.

“Bu epizod yalnız Trampın Qəzzadakı müharibəyə qərəzli yanaşmasını vurğulayır. Halbuki, bu, onun son qoymağa çalışdığı çoxsaylı münaqişələrdən biridir. Seçkidə qalib gəldikdən sonra Tramp Netanyahuya hələ Ağ Evə qayıtmazdan əvvəl Qəzzada müharibənin bitməsini istədiyini söylədi”,- “NYT” xatırladır.

Lakin, qəzetin yazdığına görə, vəzifəyə gəldikdən sonra Trampın strategiyası daha az tələbkar olub. Onun tələblərinin yerinə yetirilməsi vədələrinin pozulamsı, qeyri-müəyyən təhdidləri və İsrailin HƏMAS təhlükəsini aradan qaldırmaq məqsədlərinə necə nail olması barədə ziddiyyətli bəyanatları gündəmə gəlib.

- Amerika administrasiyasının rəhbərinin məhz bu hərəkətləri Netanyahuya müharibəni davam etdirmək üçün fəaliyyət azadlığı verib. İsrailin seçdiyi müharibə üsulları isə artıq “soyqırım iddiaları və Qəzza zolağında fəlakətli humanitar fəlakət” də daxil olmaqla, beynəlxalq aləmdə qəzəb doğurub”,- qəzet vurğulayır.

Vaşinqton İsrailin Qətərə zərbəsindən narazıdır
ABŞ prezidenti Donald Tramp, öz növbəsində, yaşanan hadisədə iştirakı olmadığını, bu qərarı İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən qəbul edildiyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 9-da Dohada silsilə partlayışlar baş verib. Qısa müddət sonra İsrail ordusunun mətbuat xidməti hərbçilərin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) dəstəyi və Hərbi Hava qüvvələrinin iştirakı ilə HƏMAS rəhbərliyinin üzvlərinə zərbələr endirildiyini bildirib.

Qətər baş nazirinin müşaviri və Xarici İşlər nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari hücuma görə İsrailin məsuliyyət daşıdığını təsdiqləyib. Əmirliyin Daxili İşlər nazirliyinin məlumatına görə, zərbə nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Sahil İsgəndərov
AzVision.az


Chosen
18
1
azvision.az

2Sources