Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi “Medsol” MMC-yə 3 597 054 AZN ödəyəcək.
Pravda.az-ın xəbərinə görə, bu, xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan müxtəlif tibbi ləvazimatların və sərfiyyat materiallarının alınması ilə əlaqədardır.
Xidmət ilin sonunadək davam edəcək.
Cabir
Tarix: 10 Sentyabr 2025, 14:09