EN

Azərbaycanda süni yağış texnologiyası üzrə tədqiqatlar aparılacaq

2025–2027-ci illərdə Azərbaycanda süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, 2025-ci ilin sonuna kimi süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması planlaşdırılır.

2026-cı ildə bu sahədə pilot layihə həyata keçiriləcək və müvafiq ərazilər müəyyənləşdiriləcək. 

2027-ci ildə isə süni yağış texnologiyası üzrə ilk pilot layihənin icrası nəzərdə tutulur.

Chosen
41
21
olke.az

10Sources