EN

Azərbaycanın diplomatik nümayəndəliklərinin sayı 93 olacaq

Azərbaycanın Bəhreyndə səfirliyi açıldıqda diplomatik nümayəndəliklərimizin sayı 93 olacaq.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçirilən iclasında deputat Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, bu, Azərbaycan diplomatsiyasının böyük uğurudur. 

“Bunun 70-i səfirlik,  9-u baş konsulluq və 6-sı daimi nümayəndəlik, digərləri isə səfirlik ofisi və sairədir. Bu Azərbaycanın artan beynəlxalq nüfuzunu, intensivləşən diplomatik münasibətləri göstərir. Xüsusi ilə də ərəb dünyası, İslam Əməkdaşlıq Təşkilatına, Körfəz Əməkdaşlıq Şurasına üzv olan dövlətlə  əməkdaşlıq önəmlidir. Həmçinin parlament sahəsində Bəhreynlə uğurlu əməkdaşlıq var. 2026-cı iləd Asiya parlament Assambleyasında sədirliyi Bəhreynə veriləcək. Eyni zamanda oktyabrın 14-də Bəhreyndə Asiyaparlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf komitəsinin iclası keçiriləcəkvə orada da iştirakımız gözlənilir” – deyə deputat bildirib.

O qeyd edib ki, diplomatik missiyalarımızın sayının artması, Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və ikitərəfli münasibətlərə verdiy dəyərin göstəricisidir: "Biz bu göstəriciyə görə bəzi Avropa dövlətlərini arxada qoyuruq".
 

Chosen
69
modern.az

1Sources