EN

Azərbaycan şirkətinin BƏƏ-dəki törəmə şirkətinə əlavə “maya” qoyulub

Azərbaycanda iri mühəndislik şirkəti “Encotec” QSC Birləşmiş Ərəb Əmirliyində qeydiyyatda olan törəmə şirkətin kapitalını bir qədər də artırıb.

Banker.az xəbər verir ki, Dubaydakı azad iqtisadi zonada təsis edilən “ORCA OFFSHORE FZE”nin kapitalı 5.1 milyon manata yüksəlib.

Bu da bir il öncə 4.25 milyon manat idi.

Beləliklə, şirkətin nizamnamə kapitalı 850 min manat və ya 20 faiz artırılıb.

“Encotec” QSC 8 yanvar 2001-ci ildə təsis edilmişdir. Cəmiyyət səhmlərlə məhdudlaşmış qapalı səhmdar cəmiyyət formasında fəaliyyət göstərir. Şirkət Xəzər regionunun aparıcı mühəndislik şirkətlərindən biridir.

“Orca” 2017-ci ildə yaradılıb və 2018-ci ilin əvvəlindən Azərbaycanda fəaliyyət göstərir. Şirkət geniş xidmətlər spektri təqdim edir. Bu xidmətlər dünya üzrə neft, qaz, dəniz və tikinti sənayelərinə təqdim olunur.

Chosen
1
banker.az

1Sources