EN

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılan “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

Energetika Nazirliyinin məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 5.2-ci məqsədi - “Yaşil enerji məkani” üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrasına dair 2025-ci ilin 1-ci yarımili üzrə hesabat təqdim edilib, görülən işlər, aparılan monitorinq və qiymətləndirmə nəticələri nəzərdən keçirilib, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri, çağırış və tövsiyələr barədə məlumat verilib.

Qrup üzvlərinin ilkin monitorinq və qiymətləndirmə hesabatına dair rəy və təklifləri dinlənilib, icrası davam edən tədbirlərlə bağlı mövcud vəziyyət və atılacaq növbəti addımlar müzakirə edilib və qarşıdakı dövrdə tədbirlərin tam və effektiv icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.

Chosen
22
7
vergiler.az

8Sources