EN

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırıldı

Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Andrey Ordaş özü "RİA Novosti"yə bildirib.

Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının Rusiya dronları tərəfindən pozulduğunu bəyan edib.

Buna cavab olaraq Polşa Silahlı Qüvvələri döyüş təyyarələrini havaya qaldırıb və yerüstü hava hücumundan müdafiə sistemlərini işə salıb. Həmçinin NATO ölkələrinin döyüş təyyarələri təhlükənin qarşısını almaq üçün havaya qaldırılıb.

Bizim.Media

Chosen
31
2
bizim.media

3Sources