EN

ŞƏT-də olmamağımız təşkilat üçün itkidir - AÇIQLAMA

"ŞƏT üzvü olmamaq Azərbaycanın iqtisadi-siyasi inkişafına əngəl törədə bilməz".

Bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün təsirinə toxunan siyasi şərhçi Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİCS və digər formatlı təşkilatlar xüsusi əhəmiyyət daşımır. Sadəcə olaraq bu təşkilatlar beynəlxalq iqtisadi-siyasi platformalardır.

"Azərbaycan bu platformalarda iştirak etmədən də öz iqtisadi-siyasi fəaliyyətini həyata keçirə bilər. Məsələn, Azərbaycan beynəxalq təşkilatlar olmadan Rusiya, Çin, Hindistan, Pakistan, Mərkəzi Asiya ölkələri və bəzi Cənubi Afrika ölkələri ilə də əlaqə qura bilər. Artıq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji münasibətləri mövcuddur. Həmçinin Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstanla ortaq investisiyalar imzalanıb. Eyni zamanda ölkəmizin Çinlə turizm və investisiya sahəsində əməkdaşlığı var”.

Turab Rzayev, politoloq

Müsahibimiz bildirib ki, son günlər Rusiya və Hindistanla müəyyən problemlərin olmasına baxmayaraq, qarşılıqlı iqtisadi əlaqələrdə inkişaf müşahidə olunur. Belə olan halda ŞƏT üzvü olmamaq Azərbaycan üçün maneə törədə bilməz

T. Rzayev vurğulayıb ki, Rusiyanın Azərbaycanın ŞƏT üzvlüyünə imkan verməməsi sadəcə siyasi acizlikdir. Əslində ŞƏT ölkələri Azərbaycanın bu təşkilata üzv olmasında maraqlı olmalıdır:

“Çünki bu üzvlüyün olmaması ŞƏT ölkələri üçün itki olacaq”.

Gülşən Şərif

Chosen
2
1
bakivaxti.az

2Sources