EN

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bu barədə Ölkə.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, paytaxtda və respublikanın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir:

"Parklanma vÉ™ dayanma-durma qaydalarına riayÉ™t olunmaması problemlÉ™rÉ™ sÉ™bÉ™b olur vÉ™ bunun nÉ™ticÉ™sindÉ™ hÉ™rÉ™kÉ™t zolaqları iflic olur,  digÉ™r sürücülÉ™rin manevr imkanları mÉ™hdudlaÅŸdırılır, nÉ™qliyyat axını lÉ™ngiyir vÉ™ sıxlıq yaranır yol-nÉ™qliyyat hadisÉ™lÉ™rinin baÅŸvermÉ™ riskini artırır.

Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır".

Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edərək bildirir ki, parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir.

Chosen
17
26
olke.az

10Sources