EN

“Benfika”nın bosniyalı futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Portuqaliyanın “Benfika” klubunun futbolçusu Amar Dediç UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”la oyunu buraxa bilər.

AZƏRTAC Portuqaliya mətbuatına istinadən xəbər verir ki, buna bosniya və herseqovinalı müdafiəçinin milli komandanın düşərgəsində zədələnməsi səbəb olub.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin Avstriya ilə matçında (1:2) dizindən xəsarət alan 23 yaşlı oyunçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Portuqaliya çempionatında “Santa Klara”ya qarşı oyunu buraxacağı dəqiqləşən futbolçunun “Qarabağ”la matçda meydana çıxması isə sual altındadır.

Qeyd edək ki, sentyabrın 16-da Lissabonda keçiriləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
3
azertag.az

4Sources