EN

Azərbaycanda kəhrizlər bərpa olunacaq

2025-2027-ci illərdə Azərbaycanda sel və daşqın hadisələrindən mühafizə tədbirlərinin genişləndirilməsi planlaşdırılır.

Modern.az bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib.

Məlumata görə, 2025-ci ildə sel və daşqın təhlükəsi olan çayların və riskli ərazilərin monitorinqi və xəritələşdirilməsi aparılacaq. 2026-cı ildə həmin ərazilərdə sahilbərkitmə və mühafizə bəndlərinin inşası nəzərdə tutulur.

2027-ci ildə isə riskli zonalarda sel və daşqınların təsirlərinin azaldılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Eyni zamanda, 2025-2027-ci illərdə kəhriz sistemlərinin bərpası və yenidən qurulması planlaşdırılıb. İlk mərhələdə – 2025-ci ildə bərpa və yenidən qurulması zəruri olan kəhrizlərin siyahısı hazırlanacaq. 2026-cı ildə bu istiqamətdə layihələndirmə və icra işləri görüləcək, 2027-ci ildə isə su təminatında istifadədə olan kəhrizlərin sayının artırılması nəzərdə tutulur.

Artıq ilkin olaraq 12 rayon ərazisində 124 kəhrizə baxış keçirilib və elmi-tədqiqat işləri aparılıb.

Chosen
29
5
modern.az

6Sources