EN

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb

Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Herbiand.az xəbər verir ki, bu barədə rusiyalı diplomat RİA Novosti-yə bildirib.

O, Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırıldığını söyləyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.

Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.[APA]

Chosen
5
30
herbiand.az

10Sources