EN

Kəlbəcərdə yük maşını dərəyə aşdı

Bu gün Kəlbəcər rayonunun Nadirxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Laçın sakini Fərid Əmrahov “Mercedes Atego” markalı yük avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən dərəyə aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan 2004-cü il təvəllüdlü Beyləqan sakini Nihad Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Chosen
71
5
publika.az

6Sources