EN

Seyidov: AŞPA regionda qalmaq istəyirsə, Azərbaycanın mövqeyini qəbul etməlidir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) regionda fəaliyyətini davam etdirmək istəyirsə, Azərbaycanın mövqeyini və formalaşan yeni reallıqları nəzərə almalıdır. Bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.

Seyidovun sözlərinə görə, Azərbaycan bu gün regionda tamamilə yeni mərhələyə keçib və öz mövqeyini beynəlxalq platformalarda aydın şəkildə ortaya qoyub.

“Əgər AŞPA və digər beynəlxalq təşkilatlar regionda qalmaq və digər ölkələrlə münasibətləri qorumaq istəyirlərsə, Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirməlidirlər. Əks halda bu, həmin təşkilatların özünə daha çox problem yaradacaq”, –  deputat vurğulayıb.

O əlavə edib ki, son proseslər Azərbaycana münasibətin dəyişdiyini, eləcə də ölkə ilə əməkdaşlığın yeni səviyyəyə keçdiyini göstərir.

Azərbaycan ilə Avropa Şurasının Parlament Assambleyası (AŞPA) arasındakı münasibətlər 2024-cü ilin yanvarında həm Azərbaycan tərəfindən AŞPA ilə əməkdaşlığın dayandırılması, həm də AŞPA tərəfdən nümayəndə heyətinin mandatlarının təsdiqlənməməsi ilə pozulub.

Gülnar Nazimqızı 

Chosen
11
1
anews.az

2Sources